"Əl-Məyadin" Trampın İrana hücum qərarı ilə bağlı iddia irəli sürdü
ABŞ-nin prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu dayandırmasının səbəblərindən biri raket ehtiyatının çatışmazlığı olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iddia Livanın "Əl-Məyadin" telekanalı tərəfindən irəli sürülüb. Məlumata görə, məhz raket ehtiyatının azalması Trampın hücumu dayandırmaq qərarında əsas amillərdən biri olub.
Telekanalın məlumatında bu iddianı təsdiqləyən əlavə rəsmi açıqlama və ya sübut təqdim olunmayıb.
11:19 02.08.2026
Oxunuş sayı: 79