UEFA FIFA prezidentliyinə yeni namizədlər axtarır
UEFA FIFA prezidenti Canni İnfantinonu əvəz edə biləcək namizədlər axtarır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrin məlumatına görə, mümkün namizədlər arasında CONCACAF-ın rəhbəri, kanadalı Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifənin adları çəkilir.
Məlumata əsasən, UEFA FIFA prezidentliyi üçün avropalı namizədlərin namizədliyini nəzərdən keçirmir.
21:10 01.08.2026
Oxunuş sayı: 48