Ufa hava limanında 30 reys gecikir, 3 reys ləğv edilib
Rusiyanın Ufa hava limanında uçuş məhdudiyyətlərindən sonra 12 gediş və 18 gəliş reysi gecikib, 3 reys isə ləğv olunub.
Crossmedia.az xəbər verir ki, Ufa hava limanının onlayn tablosunda bu barədə məlumat yayıb.
Məlumata görə, gecikən gediş reysləri arasında Yeni Urenqoy, Novosibirsk, Nadım, Krasnoyarsk, Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Krasnodar, Soçi və Yekaterinburq istiqamətləri var.
Həmçinin Yekaterinburq və İqarka istiqamətlərinə olan reyslər ləğv edilib. Ufa hava limanına gələn 18 reys isə Moskva, Novosibirsk, Yekaterinburq, Nadım, İrəvan, Sankt-Peterburq, Noyabrsk, Mineralnıye Vodı, Soçi, İstanbul, Usinsk, Yeni Urenqoy və Antalya istiqamətlərindən gecikmə ilə həyata keçirilir.
Qeyd edək ki, səhər saatlarında Başqırdıstanda pilotsuz uçuş aparatları ilə bağlı təhlükə elan edilib və Ufa hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məhdudiyyətlər saat 10:30 radələrində aradan qaldırılıb.
13:19 01.08.2026
Oxunuş sayı: 61