Rusiya: ABŞ Ukrayna məsələsinə yenidən qayıda bilər
ABŞ Ukrayna ilə bağlı proseslərdən tam çəkilməyib və öz maraqlarına uyğun şərait yaranacağı təqdirdə yenidən fəal müdaxilə edə bilər.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Vaşinqton Ukrayna məsələsində Avropa İttifaqı ilə ciddi qarşıdurmaya girmək istəmir, lakin bu prosesdə mühüm oyunçu olaraq qalır.
Diplomatın sözlərinə görə, ABŞ əvvəllər Ukrayna ilə bağlı müəyyən razılaşmaların həyata keçirilməsinə çalışıb, lakin Avropadakı tərəfdaşlarının bu şərtləri dəstəkləməməsi səbəbindən nəticə əldə olunmayıb.
Miroşnik iddia edib ki, Avropa ölkələrinin liderləri hərbi-sənaye komplekslərini formalaşdırma prosesini başa çatdırmadıqları üçün münaqişənin davam etməsində maraqlıdırlar.
Onun sözlərinə görə, ABŞ hazırda diqqətini İran məsələsinə yönəltsə də, Ukrayna böhranının həlli prosesinə gələcəkdə yenidən qayıda bilər.
Miroşnik qeyd edib ki, Vaşinqton bu istiqamətdə mövqeyini dəyişmək üçün vəziyyətin və şərtlərin uyğunlaşmasını gözləyə bilər.
12:12 01.08.2026
Oxunuş sayı: 54