KTK neft kəmərinin fəaliyyəti dayandırılıb
Xəzər Boru Kəməri Konsorsiumu (KTK) neft kəmərinin fəaliyyətini müvəqqəti dayandırsa da, neftin rezervuarlara qəbulu davam edir.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayevaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, daşınma həcminin artırılması dəniz terminalında tankerlərin vaxtında yüklənməsindən asılı olacaq.
Nazirlik vəziyyətin nəzarətdə saxlanıldığını bildirib. Qeyd olunub ki, son vaxtlar KTK-nın dəniz terminalının yerləşdiyi akvatoriyada tankerlər bir neçə dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
11:28 01.08.2026
Oxunuş sayı: 61