FTX Ukraynanın iki agentini saxladığını açıqladı
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, saxlanılan şəxslərdən biri Ryazan, digəri isə Voloqda vilayətində tutulub.
FTX iddia edir ki, Voloqda vilayətində saxlanılan şəxs Ukrayna tərəfi üçün nəqliyyat infrastrukturunda terror aktları törədə biləcək icraçıların axtarışı ilə məşğul olub.
Rəsmi qurum hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
11:17 01.08.2026
Oxunuş sayı: 62