Latviya Belarusla yeganə sərhəd-keçid məntəqəsini bağladı
Latviya iyulun 31-dən Belarusla fəaliyyət göstərən yeganə sərhəd-keçid məntəqəsi vasitəsilə hərəkəti tamamilə dayandırıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Belarus rəsmilərinə istinadən məlumat yayıb.
Belarus tərəfinin açıqlamasına görə, qərar Latviya hakimiyyətinin göstərişi əsasında qüvvəyə minib və iyulun 31-dən etibarən yeganə açıq qalan sərhəd-keçid məntəqəsindən nəqliyyat vasitələrinin və şəxslərin keçidi tam dayandırılıb.
Rəsmi Minsk qərarın səbəbləri barədə əlavə məlumat verməyib. Latviya tərəfi də məsələ ilə bağlı hələlik geniş açıqlama yaymayıb.
Qeyd edək ki, son illərdə Latviya və Belarus arasında sərhəd rejimi təhlükəsizlik və miqrasiya məsələləri fonunda mərhələli şəkildə sərtləşdirilib.
11:12 01.08.2026
Oxunuş sayı: 57