Oman sahillərində neft tankeri hücuma məruz qalıb
Oman sahilləri yaxınlığında üzən neft tankeri mərmi hücumuna məruz qalıb, nəticədə gəminin mühərrik bölməsi zədələnib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi ("UKMTO") bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə Omanın Lima sahilindən təxminən 11 kilometr şimal-şərqdə qeydə alınıb. Mərkəzə daxil olan məlumatlarda tankerin mərmi ilə vurulduğu və zərbə nəticəsində mühərrik bölməsinə ziyan dəydiyi bildirilir.
Hazırda hadisənin başvermə şəraiti araşdırılır. Hücumun arxasında kimin dayandığı barədə rəsmi məlumat açıqlanmayıb.
10:27 01.08.2026
Oxunuş sayı: 57