Almaniyanın etirazına baxılacaq: BMT məhkəməsində dinləmələr sentyabrda keçiriləcək
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) sentyabr ayında Almaniyanın məhkəmənin yurisdiksiyasına etirazı ilə bağlı açıq dinləmələr keçirəcək.
Crossmedia.az xəbər verir ki, "International Court of Justice" bu barədə məlumat yayıb.
Məlumata görə, dinləmələr Nikaraquanın Almaniyaya qarşı qaldırdığı iddia çərçivəsində baş tutacaq. Nikaraqua Almaniyanı İşğal Altındakı Fələstin Ərazilərində beynəlxalq öhdəliklərini pozmaqda ittiham edir.
Sentyabr ayında keçiriləcək açıq iclaslarda Almaniyanın məhkəmənin bu işə baxmaq səlahiyyətinin olmadığını əsaslandıran etirazları müzakirə olunacaq.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı işin mahiyyəti üzrə araşdırmanın davam edib-etməyəcəyini müəyyən edəcək.
09:51 01.08.2026
Oxunuş sayı: 54