Rusiya Kiyev ətrafında hərbi obyektləri vurduğunu açıqlayıb
Rusiya Silahlı Qüvvələri Kiyev və Kiyev vilayətində yerləşən hərbi-sənaye müəssisələri və logistika mərkəzlərinə kütləvi zərbələr endirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, həyata keçirilən kütləvi zərbələr nəticəsində Ukraynanın hərbi-sənaye kompleksi və logistika infrastrukturu hədəfə alınıb. Hücumun nəticələri barədə müstəqil təsdiq yoxdur.
09:45 01.08.2026
Oxunuş sayı: 52