Ben-Qvir Trampı rədd etdi: Növbəti qətliama hazırlaşacaqlar
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planını İsrail üçün qəbuledilməz hesab etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ben-Qvirin sözlərinə görə, oktyabrın 7-də baş verən hadisələrdən sonra İsrail HƏMAS-a qarşı hərbi əməliyyatların dayandırılmasına razılaşa bilməz.
“Bu təşkilatın terrorçularının məhv edilməsini dayandırmaq öhdəliyi HƏMAS-a növbəti qətliama hazırlaşmaq üçün yenidən qruplaşmaq imkanı verməyə razılıq verməklə eynidir”, – nazir deyib.
19:16 31.07.2026
Oxunuş sayı: 65