Qırğızıstan Prezidenti: Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır
Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Crossmedia.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.
Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub:
"Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".
08:09 31.07.2026
Oxunuş sayı: 56