Vens və Netanyahu üz-üzə: Vaşinqtonda açıq və birbaşa görüşün pərdəarxası
ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Vaşinqtonda görüş keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios”un məlumatına görə, görüşdə Yaxın Şərqdəki müharibə və siyasətlə bağlı fikir ayrılıqları müzakirə olunub.
Görüş Blair House iqamətgahında baş tutub. ABŞ və İsrail rəsmiləri danışıqları birbaşa və açıq söhbət kimi qiymətləndiriblər.
Məlumata görə, Netanyahu görüş zamanı Vensin İsrail hökumətinə yönəltdiyi son tənqidi fikirləri və Respublikaçılar Partiyası daxilində İsrailə münasibətlə bağlı narahatlıqları gündəmə gətirib.
ABŞ rəsmisi isə görüşün konstruktiv atmosferdə keçdiyini bildirib. Onun sözlərinə görə, Vens və Netanyahu Yaxın Şərqdə hər iki ölkə üçün əhəmiyyətli məsələləri müzakirə edib və ortaq maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirmək barədə razılaşıblar.
Vens və Netanyahu arasında fikir ayrılıqlarının xüsusilə İran məsələsində dərinləşdiyi bildirilir. Vens ABŞ-nin İranla diplomatik danışıqlar aparmasının əsas tərəfdarlarından biri kimi çıxış edib. O, Vaşinqtonun əsas məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaqla yanaşı, ABŞ-nin uzunmüddətli müharibəyə cəlb olunmasına imkan verməmək olduğunu dəfələrlə vurğulayıb.
Məlumata görə, Netanyahu isə İranla bağlı diplomatik təşəbbüslərə daha ehtiyatlı yanaşıb.
Görüşün iki müttəfiq arasında Yaxın Şərq siyasəti ilə bağlı artan fikir ayrılıqları fonunda gərginliyi azaltmaq cəhdi olduğu qeyd edilir.
23:04 30.07.2026
Oxunuş sayı: 47