Pekin nüvə yarışına qoşulmur: Çindən dünyaya sərt mesaj
Çin nüvə silahları yarışında iştirak etmədiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninin məlumatına görə, Pekin milli təhlükəsizliyi təmin etmək üçün zəruri olan minimal səviyyədə nüvə potensialını saxlayır və nüvə silahları yarışına qoşulmur.
Onun sözlərinə görə, Çin nüvə silahlarının tamamilə qadağan edilməsini və məhv edilməsini dəstəkləyir. Pekin həmçinin nüvə silahından ilk istifadə etməmək siyasətinə sadiqdir.
20:48 30.07.2026
Oxunuş sayı: 41