Ukrayna kəşfiyyatı Krımda Rusiya kompleksini vurduğunu açıqlayıb
Krımda Rusiyanın radioelektron mübarizə kompleksinin məhv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində Rusiya ordusuna məxsus radioelektron mübarizə vasitəsi hədəfə alınıb.
Hadisənin detalları və kompleksə dəymiş ziyanın miqyası barədə əlavə məlumat verilməyib.
16:51 30.07.2026
Oxunuş sayı: 31