Paşinyan sabiq məmurla bağlı araşdırma tələb edib
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə çalışmış sabiq məmurun fəaliyyəti ilə bağlı araşdırma aparılmasını istəyib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə məlumat yayıb.
Paşinyanın sözlərinə görə, Beynəlxalq Hüquqi Məsələlər üzrə Nümayəndənin Ofisinin sabiq rəhbəri Liparit Drmeyan Ermənistanın “Güclü Ermənistan” partiyasının rəhbəri və “ESA” şirkətinin sahibi Samvel Karapetyanın maraqlarına xidmət edib.
Baş nazir iddia edib ki, hökumət daxilində müəyyən şəxslər vasitəsilə təsir mexanizmləri yaradılıb və bu məsələ araşdırılmalıdır.
Paşinyan Korrupsiyanın Qarşısının Alınması Komissiyasını və hüquq-mühafizə orqanlarını vəziyyəti araşdırmağa çağırıb.
Qeyd edək ki, Liparit Drmeyan “Elşəbəkələr” işi üzrə Stokholm arbitrajının qərarının icrası ilə bağlı mövqeyindən sonra vəzifəsindən azad edilmişdi. Daha sonra o, “Birlik qanadları” partiyasından deputatlığa namizəd olub.
13:37 30.07.2026
Oxunuş sayı: 41