Rusiya MN: Krasnoyarskoye və daha iki yaşayış məntəqəsinə nəzarət ələ keçirilib
Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətində Krasnoyarskoye yaşayış məntəqəsini azad etdiyi, həmçinin Sumi vilayətində daha iki əraziyə nəzarəti ələ keçirdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya qüvvələri Donetsk Xalq Respublikasında (DXR) Krasnoyarskoye yaşayış məntəqəsinə nəzarəti təmin edib.
Bundan əlavə, Sumi vilayətində Mala Slobodka və Moqritsa yaşayış məntəqələri üzərində nəzarətin qurulduğu qeyd olunub.
13:23 30.07.2026
Oxunuş sayı: 45