Hüseyn İbrahimov: Azərbaycanda multikulturalizm və tolerantlıq dünya üçün nümunədir
“Azərbaycanda multikulturalizm və tolerantlıq dünya üçün nümunədir”.
Bunu Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri Hüseyn İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin yüksək səviyyədə inkişaf etdiyini və bunun dünya üçün nümunə təşkil etdiyini bildirib.
Hüseyn İbrahimov qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan olub. Onun sözlərinə görə, bu gün də ölkəmizdə etnik və dini müxtəliflik dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir.
İctimai Birliyin sədri vurğulayıb ki, Azərbaycanda mövcud olan multikultural mühit təkcə daxili sabitliyin deyil, həm də beynəlxalq nüfuzun artmasının əsas amillərindən biridir. O bildirib ki, dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində müxtəlif dini və etnik icmalar sərbəst şəkildə öz mədəniyyətlərini yaşadır, eyni zamanda ümumi Azərbaycan cəmiyyətinin bir parçası kimi harmonik şəkildə fəaliyyət göstərirlər.
Hüseyn İbrahimov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Onun fikrincə, bu model bir çox ölkələr üçün örnək ola biləcək uğurlu bir təcrübədir.
Sonda Hüseyn İbrahimov qeyd edib ki, Azərbaycanda formalaşmış tolerantlıq mühiti gələcək nəsillərə ötürülməli, bu dəyərlərin qorunması və təbliği hər bir vətəndaşın mənəvi borcu olmalıdır.
17:47 21.07.2026
Oxunuş sayı: 19