Rumıniya limanında təhlükə: gəmilər dayandırıldı
Rumıniyanın Konstansa limanında partlayış təhlükəsi ilə bağlı məlumatların Ukrayna və Polşadan daxil olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təhlükə siqnalından sonra limanın akvatoriyasında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb, administrasiya binasının əməkdaşları isə ərazidən çıxarılıb.
Bundan əvvəl “Digi24” telekanalı partlayış təhlükəsi səbəbindən liman ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlamışdı.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
17:21 29.07.2026
Oxunuş sayı: 39