Netanyahunun Trampa təsiri zəifləyib
ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında münasibətlərdə əvvəlki dövrlərlə müqayisədə dəyişiklik müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin iddiasına görə, Yaxın Şərqdə baş verən son hadisələr və Vaşinqtonun dəyişən siyasi prioritetləri fonunda Netanyahunun Trampa təsir imkanları əvvəlki qədər güclü deyil.
Qeyd olunur ki, iki lider arasında əməkdaşlıq davam etsə də, Ağ Ev regional məsələlərlə bağlı qərarlar qəbul edərkən əvvəlki dövrlərdə olduğu kimi yalnız İsrail baş nazirinin mövqeyinə əsaslanmır.
16:34 29.07.2026
Oxunuş sayı: 44