Netanyahu: İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik
İsrailin Baş naziri Binyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Tehrandakı fanatik rejimin nüvə silahı əldə edərək ABŞ, dünya və İsraili təhdid etməsinə imkan verməyəcəyik. Bu məqsədə diplomatik yolla və ya digər vasitələrlə nail olunacaq”, – deyə Netanyahu bildirib.
14:21 29.07.2026
Oxunuş sayı: 56