Zelenski: Ukrayna NATO-ya qəbul edilmədi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq istədiyini, lakin alyansdan dəvət almadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Biz çox istəyirdik ki, NATO-ya daxil olaq, amma Ukraynanı heç vaxt dəvət etmədilər”, – deyə Zelenski bildirib.
O, həmçinin Avropanın dəyişdiyini qeyd edib və Ukraynanın niyə NATO-ya dəvət almadığını heç vaxt başa düşmədiyini vurğulayıb.
11:49 29.07.2026
Oxunuş sayı: 43