Kiyevdən Tehrana çağırış: Rusiyaya dəstəyi dayandırın!
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranlı həmkar Abbas Araqçi ilə telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sibiqa bildirib ki, tərəflər arasında açıq fikir mübadiləsi olub və Ukraynanın məqsədinin lazımsız eskalasiyadan qaçmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın bütün addımları ölkənin Rusiyanın təcavüzündən müdafiəsinə yönəlib və heç vaxt mülki gəmilərə və insanlara qarşı olmayıb.
Ukrayna XİN rəhbəri İranın həlak olan vətəndaşı və son insident zamanı hədəfə alınan mülki gəmi ilə bağlı açıqlamalarına da toxunub. Sibiqa bildirib ki, Kiyevin məqsədi Rusiyanın təcavüzünə qarşı mübarizə aparmaqdır və onun sözlərinə görə, bütün təxribat və itkilərə görə məsuliyyət Rusiyanın üzərinə düşür.
Sibiqa, həmçinin eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə hər cür dəstəyi dayandırmağa çağırıb.
22:05 28.07.2026
Oxunuş sayı: 45