Vaşinqtonda mühüm görüş: Zelenski Trampdan nə istəyəcək?
Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün Ukraynaya hərbi yardımın göstərilməsi və Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqların yenidən canlandırılması baxımından mühüm nəticələr verə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, görüşün Ukraynanın hərbi dəstək əldə etməsi və sülh danışıqlarının bərpası üçün yaxşı imkanlar yaratdığı qeyd olunur.
19:00 28.07.2026
Oxunuş sayı: 42