Rza Pəhləvi: Xarici müdaxilə artıq zəruridir
İran şahının oğlu Rza Pəhləvi bildirib ki, uzun illər xarici müdaxilənin əleyhinə olsa da, artıq bunun zəruri olduğuna inanır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Pəhləvinin sözlərinə görə, əvvəllər İran xalqının daxildən dəyişiklik edə biləcəyini düşünürdü. Lakin yanvarın 8-də baş verən hadisələrdən sonra mövqeyini dəyişib.
O qeyd edib ki, xarici müdaxilə insanların həyatını xilas edə və İran hakimiyyətinin yeni qətllərinin qarşısını ala bilər.
17:07 28.07.2026
Oxunuş sayı: 48