KİV: Husilərin hücumundan sonra Cəzan NEZ-in fəaliyyəti dayandırılıb
Husilərin hücumu nəticəsində zərər görən Cəzan neft emalı zavodunun fəaliyyəti "Saudi Aramco" tərəfindən müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, gündəlik 400 min barel neft emal gücünə malik zavodda hazırda təmir-bərpa işləri aparılır.
Məlumata görə, müəssisənin fəaliyyətinin avqustun 15-dək bərpa olunacağı gözlənilir.
16:19 28.07.2026
Oxunuş sayı: 50