Pentaqon: ABŞ dron istehsalında geri qalır
ABŞ dron istehsalı sahəsində rəqiblərindən geri qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Pentaqonun pilotsuz sistemlər proqramının rəhbəri Trevis Mets bildirib ki, ABŞ bu sahədə hələ inkişafın ən ilkin və ən çətin mərhələsindədir.
Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin proqramı çərçivəsində 2027-ci ilin fevral ayına qədər 200 mindən az pilotsuz uçuş aparatının sifariş edilməsi planlaşdırılır.
16:07 28.07.2026
Oxunuş sayı: 46