Pentaqon ABŞ qoşunlarının Avropadakı yerləşdirilməsinə yenidən baxır
Pentaqon ABŞ qoşunlarının Avropadakı yerləşdirilməsinin yenidən qiymətləndirilməsi prosesinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Pentaqonun baş strateqi Elbric Kolbi X sosial şəbəkəsində paylaşım edib.
Kolbinin sözlərinə görə, məqsəd Avropanın müdafiəsinə görə əsas məsuliyyətin NATO-nun Avropa üzv dövlətlərinə mərhələli şəkildə ötürülməsidir.
O xatırladıb ki, bu məsələ iyunda Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin iclasında ABŞ-nin müdafiə naziri Pit Heqset tərəfindən də səsləndirilmişdi.
Kolbi bildirib ki, ABŞ qoşunlarının Avropadakı yerləşdirilməsi ölkənin 2025-ci il Milli Təhlükəsizlik Strategiyasına və 2026-cı il Milli Müdafiə Strategiyasına uyğunlaşdırılmalıdır.
Yenidən baxılmanın yekununda Pentaqon strateji, geosiyasi və hərbi amillər nəzərə alınmaqla ABŞ-nin Avropadakı hərbi mövcudiyyəti ilə bağlı növbəti addımlar üzrə müxtəlif variantlar hazırlayacaq.
15:26 28.07.2026
Oxunuş sayı: 57