Yaponiyada zəlzələ: Ticarət mərkəzi və körpü çökdü
Yaponiyanın cənub-qərbində, Küsü adasındakı Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində iri ticarət mərkəzi və körpünün bir hissəsi çöküb.
Crossmedia.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, polis əməkdaşları Aeon Mall Kumamoto ticarət mərkəzindən 200-dən çox insanı təxliyə edib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Bundan başqa, Uyanaqi körpüsünün bir hissəsi zədələnərək Kuma çayına uçub. Bildirilib ki, söhbət velosiped və piyadalar üçün nəzərdə tutulmuş hissədən gedir. Bu hadisə zamanı da xəsarət alan olmayıb.
15:01 28.07.2026
Oxunuş sayı: 51