Meksika sahillərində 5,9 bal gücündə zəlzələ olub
Meksika sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla bazar ertəsi saat 23:35-də Çiapas ştatının Syudad-İdalqo şəhərindən 113 kilometr cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 12 kilometrdən çox dərinlikdə yerləşib.
Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılar barədə məlumat verilməyib.
15:19 28.07.2026
Oxunuş sayı: 45