Kats: Netanyahu Çörçillin bacarmadığını etdi
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Baş nazir Benyamin Netanyahu vaxtilə Uinston Çörçillin nail ola bilmədiyi məqsədə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Katsın sözlərinə görə, Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyata cəlb etməyə nail olub.
“Netanyahu Trampı İrana zərbə endirmək üçün bizim tərəfə çəkdi və ABŞ-nin hücumunu yeni Pearl Harbor hadisəsi baş verməzdən əvvəl təmin etdi”, – deyə İsrailin müdafiə naziri bildirib.
15:08 28.07.2026
Oxunuş sayı: 42