Payızdan etibarən Moskvaya ballistik raket zərbələri mümkün ola bilər
Ukraynanın Fire Point silah şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman payızdan etibarən Moskvaya ballistik raket zərbələrinin mümkün ola biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ştilerman bildirib ki, hazırda yeni raketin mühərrik sınaqları aparılır və mümkün texniki çatışmazlıqlar aradan qaldırılır.
“Biz mühərriki işə salacağıq və onun necə işlədiyini yoxlayacağıq. Hər hansı uyğunsuzluq olarsa, onları aradan qaldıracağıq. Amma bütün işləri sürətlə həyata keçiririk. Düşünürəm ki, bu, artıq payızda baş verəcək”, – deyə o bildirib.
14:39 28.07.2026
Oxunuş sayı: 54