Akyaka meri: Ermənistanla sərhəddə infrastrukturun 40%-i hazırdır
Türkiyənin Akyaka şəhərinin meri Erduger Toptaş bildirib ki, Doğukapı sərhəd-keçid məntəqəsində və Ermənistanla dəmir yolu xəttində infrastruktur işlərinin təxminən 40 faizi tamamlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Toptaşın sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması başa çatdıqdan sonra sərhəd-keçid məntəqəsinin açılması ticarət, ixrac və idxalı canlandıracaq, həmçinin yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq.
O qeyd edib ki, hakimiyyət həm dəmir yolu, həm də avtomobil nəqliyyatının bərpasını planlaşdırır. Doğukapı sərhəd-keçid məntəqəsi 1993-cü ildən bağlıdır.
14:34 28.07.2026
Oxunuş sayı: 55