Çin 24 saat fasiləsiz uçuş edə bilən ilk mülki PUA-sını sınaqdan keçirib
Çinin Yitong UAV System şirkətinin hazırladığı TP200 adlı bir tonluq mülki pilotsuz uçuş aparatı (PUA) ilk sınaq uçuşunu uğurla həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Məlumata görə, TP200 dəniz patrulu, adaların təchizatı və yerüstü müşahidə üçün nəzərdə tutulub. Aparat maksimal faydalı yük ilə 24 saat havada qala bilir və 3 min kilometr uçuş məsafəsinə malikdir.
Şirkət bildirir ki, modul konstruksiyası sayəsində dron quraqlıq ərazilərinin monitorinqi, meşə yanğınları ilə mübarizə, xəritələşdirmə, meşə və ekoloji müşahidələr üçün də istifadə oluna bilər.
TP200 təxminən 6 min metr hündürlüyə qalxa, saatda 200 kilometr kruiz sürəti ilə uça bilir. Dron cəmi 300 metrlik uçuş-eniş zolağından, o cümlədən torpaq örtüklü zolaqlardan qalxıb enə bilir.
14:16 28.07.2026
Oxunuş sayı: 46