Astoria Grande marşrutunu dəyişdi
Rusiyanın dəniz hakimiyyətinin xəbərdarlığından sonra Astoria Grande kruiz gəmisi marşrutunu dəyişib.
Crossmedia.az xəbər verir ki, bu barədə Astoria Grande-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qara dənizin şərq hissəsində üzməyin müvəqqəti təhlükəli elan olunması səbəbindən 1–8 avqust 2026-cı il tarixləri üçün nəzərdə tutulan kruizin marşrutu dəyişdirilib. Sərnişinlərin minməsi və düşməsi Soçi əvəzinə Antalyada həyata keçiriləcək.
Marşrutdakı dəyişikliklə əlaqədar olaraq 28 iyul tarixində planlaşdırılan Soçi–İstanbul–Soçi kruizi də ləğv edilib.
14:56 28.07.2026
Oxunuş sayı: 46