Netanyahu Trampa İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı Prezident Donald Trampla görüşdə İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını bölüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Nəşrin yazdığına görə, Netanyahu ABŞ prezidentinə İsrail kəşfiyyatının Tehranın nüvə və raket proqramı ilə bağlı topladığı məlumatları təqdim etməyi planlaşdırır. Məqsəd İranın hərbi potensialı ilə bağlı Vaşinqtonu ətraflı məlumatlandırmaqdır.
12:12 28.07.2026
Oxunuş sayı: 58