Zelenski ABŞ-yə səfər edib: Prioritet raketdən müdafiədir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
Prezident bildirib ki, səfər çərçivəsində əsas diqqət raketdən müdafiə sistemlərinin gücləndirilməsi və ABŞ ilə strateji əməkdaşlığın inkişafına yönələcək.
"Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır", – deyə Zelenski vurğulayıb.
11:46 28.07.2026
Oxunuş sayı: 54