İran Rusiya gəmiləri üçün Hörmüz boğazında xüsusi rejimi saxlayacaq
İran Rusiya gəmilərinin Hörmüz boğazından keçidi üçün xüsusi rejimin qüvvədə qalacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, dost ölkələr üçün xüsusi keçid rejimi bundan sonra da tətbiq olunacaq.
"Əlbəttə ki, dost ölkələr üçün xüsusi rejim qüvvədədir və qüvvədə qalacaq", – deyə diplomat vurğulayıb.
11:18 28.07.2026
Oxunuş sayı: 38