Barselona metrosunda yanğın: 137 nəfər xəsarət aldı
İspaniyanın Barselona metrosunda baş verən yanğın nəticəsində 137 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə ötən axşam "Clot" və "Glòries" stansiyaları arasında qeydə alınıb. Qatarın maşinisti alovu təxminən 50 metr məsafədən görərək təcili əyləc verib və xilasedici xidmətlərə məlumat verib.
Qalın tüstü səbəbindən vaqonlarda nəfəs almaq çətinləşdiyi üçün sərnişinlər qapıları açaraq tunellə qaçmağa məcbur olublar. Yanğın zamanı metroda təxminən 300 nəfərin olduğu bildirilir.
Metro operatoru şirkətinin direktoru Xavyer Flores yanğının üzlük konstruksiyasının çökməsi nəticəsində baş verdiyini açıqlayıb.
10:34 28.07.2026
Oxunuş sayı: 52