300 nəfərlik növbə: Estoniya-Rusiya sərhədində yeni vəziyyət
Estoniyadan Rusiyaya keçmək istəyən insanların sayı səhər saatlarında 300 nəfərə çatır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimal-Qərb Gömrük İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Narva şəhərində yerləşən Estoniya sərhəd-keçid məntəqəsində insanların axını müşahidə olunur.
Qeyd edək ki, Estoniya iyunun 15-dən etibarən sərhəd-keçid məntəqəsinin iş rejimini məhdudlaşdırıb. Keçid məntəqəsi hər gün saat 07:00-dan 19:00-dək fəaliyyət göstərir.
21:16 27.07.2026
Oxunuş sayı: 34