Peskov Rusiyanın gələcəklə bağlı planlarını açıqladı
Kremlin sözçüsü Dmitri Peskov Mənalar ərazisi forumunda çıxışı zamanı Rusiya, informasiya təhlükəsizliyi, Qərblə münasibətlər və Ukrayna münaqişəsi ilə bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskovun əsas bəyanatları:
▪ Rusiya informasiya məkanında maliyyə imkanları ilə deyil, layihələrinin unikallığı ilə üstünlük qazanmalıdır;
▪ İnformasiya azadlığı yalnız platforma sahiblərinin maraqlarına uyğun olduğu müddətdə fəaliyyət göstərir;
▪ İnformasiya və texnoloji suverenlik yalnız böhran dövrlərində inkişaf edə bilər;
▪ Hakimiyyət bəzən populyar olmayan qərarlar qəbul etməli olur və bu qərarların mahiyyətini cəmiyyətə izah etmək vacibdir;
▪ Hakimiyyət ardıcıl və qətiyyətli olmalı, populizmdən uzaq dayanmalıdır;
▪ Rusiya qarşıya qoyduğu məqsədlərə nail olacaq və gələcək mərhələlərdə sürətli inkişaf dövrünə keçəcək;
▪ Rusiya Qərblə əməkdaşlıq təcrübəsindən çox şey öyrənib, diplomatiya bu prosesdən nəticələr çıxarıb;
▪ Moskva sanksiyalara uyğunlaşıb və təzyiq şəraitində necə fəaliyyət göstərməyi bilir;
▪ Avropa İttifaqının Rusiyaya qarşı öz maraqlarına zərər verməyəcək yeni sanksiyalar tətbiq etmək imkanları çox məhdudlaşıb;
▪ İnformasiya müharibəsi həqiqətən ağırdır və böyük ehtimalla heç vaxt başa çatmayacaq;
▪ Dezinformasiyalar daha texnoloji və təsir baxımından daha dağıdıcı olur, onlarla mübarizə getdikcə çətinləşir;
▪ Keçmiş dövrlərdə Ukraynanın digər ölkələrə zərbələri müharibə səbəbi kimi qiymətləndirilə bilərdi;
▪ Ukrayna xalqı ağır beyin yuyulmasının qurbanına çevrilib.
Peskov çıxışında Rusiyanın gələcək inkişaf perspektivləri və beynəlxalq təzyiqlər qarşısında mövqeyini də vurğulayıb.
21:08 27.07.2026
Oxunuş sayı: 36