Peskov: Britaniyada baş nazirlər dəyişir, amma siyasət dəyişmir
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Böyük Britaniyada baş nazirlər tez-tez dəyişsə də, Londonun Rusiyaya qarşı siyasəti dəyişməz olaraq qalır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskovun sözlərinə görə, Britaniya hakimiyyətindəki dəyişikliklər Moskvanın ünvanına yürüdülən siyasətə ciddi təsir göstərmir.
Kreml nümayəndəsi qeyd edib ki, Rusiya-Böyük Britaniya münasibətlərində mövcud yanaşma uzun müddətdir dəyişməyib.
21:40 27.07.2026
Oxunuş sayı: 142