Sovetin "Kosmos-482" kapsulu Yerə bütöv düşmüş ola bilər
Sovetin "Kosmos-482" avtomatik planetlərarası stansiyasının eniş kapsulu Yerə qayıdarkən tam salamat qalmış ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Space Daily" məlumat yayıb.
Nəşrin yazdığına görə, kapsul Veneranın sərt atmosferinə tab gətirmək üçün titan örtüklə hazırlanıb. İndiyədək onun Yerə düşmüş qalıqlarının tapılması ilə bağlı heç bir məlumat verilməyib.
Mütəxəssislər hesab edirlər ki, kapsulun yığcam forması və titan hermetik korpusu onun demək olar ki, tam vəziyyətdə qalmasını mümkün edir. Bununla belə, bu nəticə yalnız mühəndis hesablamaları və atmosferə daxilolma modelləşdirilməsinə əsaslanır, kapsulun tapılması ilə təsdiqlənməyib.
16:43 27.07.2026
Oxunuş sayı: 56