Peskov: Ukrayna döyüş əməliyyatlarının coğrafiyasını genişləndirir
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Xəzər dənizində gəmilərə zərbələrini şərh edərək döyüş əməliyyatlarının coğrafiyasının genişləndirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Peskovun sözlərinə görə, Ukraynanın addımları gərginliyin növbəti mərhələsinə səbəb olur.
"Bu tendensiyanı görməmək mümkün deyil. Bu, son dərəcə təhlükəlidir, gərginliyin növbəti mərhələsidir. Kiyev rejimi ilə mübarizə aparmaq lazımdır", – deyə Kremlin sözçüsü vurğulayıb.
16:27 27.07.2026
Oxunuş sayı: 50