Putin: Rusiya bütün düşmən addımlarına cavab vermək gücündədir
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatları ilə görüşdə ölkəsinin qarşıya qoyduğu məqsədlərə çatacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Putin bildirib ki, Rusiya təhlükəsizliyini və müstəqilliyini qorumaqda davam edir və xüsusi hərbi əməliyyatın məqsədlərinə mütləq nail olacaq.
O qeyd edib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar həm sayına, həm də təşəbbüskarlarına vurduğu ziyana görə "rekord" həddə çatıb, lakin bu məhdudiyyətlər gözlənilən nəticəni verməyib.
Prezidentin sözlərinə görə, Rusiya bütün düşmən addımlarına cavab vermək gücündədir. O, ölkəyə qarşı çıxan qüvvələrin döyüş meydanında uğur qazana bilmədikləri üçün terror üsullarına üstünlük verdiyini də bildirib.
Putin əlavə edib ki, növbəti üç ilin büdcəsində əsas prioritetlər müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial məsələlərin həlli və iqtisadiyyatın dəstəklənməsi olacaq.
15:35 27.07.2026
Oxunuş sayı: 64