Əş-Şaraa: Səudiyyə Ərəbistanı və Türkiyə Suriyaya qarşı sanksiyaların ləğvində vasitəçi olub
Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa bildirib ki, ötən il Səudiyyə Ərəbistanı və Türkiyə Dəməşqə qarşı beynəlxalq sanksiyaların ləğvi məsələsində vasitəçi rolunu oynayıb.
Crossmedia.az xəbər verir ki,o, bu barədə "Al Jazeera" telekanalına müsahibəsində danışıb.
Əş-Şaraanın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesə ABŞ ilə təmaslar səviyyəsində qoşulub.
Suriya lideri qeyd edib ki, Ər-Riyad və Ankara beynəlxalq sanksiyaların yumşaldılması istiqamətində diplomatik səylər göstərərək Dəməşqə dəstək veriblər.
15:26 27.07.2026
Oxunuş sayı: 53