İspaniyada isti hava 3,8 mindən çox insanın həyatına son qoyub
İspaniyada 2026-cı ildə isti hava səbəbindən 3,8 mindən çox insan həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes Madriddə keçirilən tədbirdə bildirib.
Baş nazirin sözlərinə görə, hesablamalara əsasən, ölkədə anomal isti hava nəticəsində ölənlərin sayı 3,8 mini ötüb.
Sançes iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı daha təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
15:07 27.07.2026
Oxunuş sayı: 55