Yəmən müdafiə naziri: Husilər məğlub ediləcək
Yəmənin müdafiə naziri Tahir əl-Akili "Ənsar Allah" hərəkatını (husilər) məğlub etmək niyyətində olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Tahir əl-Akili husiləri İranın regional siyasətinin aləti adlandırıb.
Onun sözlərinə görə, Yəmən hökuməti beynəlxalq koalisiyanın dəstəyi ilə husilərə qarşı mübarizəni davam etdirəcək və ölkənin bütün ərazisi üzərində dövlət nəzarətini bərpa etməyi planlaşdırır.
Nazir qeyd edib ki, regional və beynəlxalq sülh və təhlükəsizlik İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "əl-qolunun kəsilməsi olmadan" uzunmüddətli şəkildə təmin edilə bilməz.
14:37 27.07.2026
Oxunuş sayı: 53