Zelenski Böyük Britaniyanın yeni baş nazirinin ilk xarici qonağı olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemin vəzifəyə başlamasından sonra qəbul etdiyi ilk xarici qonaq olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Bildirilib ki, Zelenski ilə görüş zamanı Börnem Rusiyaya qarşı müharibədə Ukraynaya "sarsılmaz" dəstəyi təsdiqləyəcək.
Yeni baş nazirin bu mövqeyi özündən əvvəlki Baş nazir Kir Starmerin siyasətinin davamı kimi qiymətləndirilir.
14:12 27.07.2026
Oxunuş sayı: 50