Türkmənistan Xəzərdə gəmilərə hücumu pisləyib
Türkmənistan Xarici İşlər Nazirliyi Xəzər dənizində gəmilərə endirilən zərbələri pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkmənistan XİN-in açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, Xəzər dənizi "sülh, anlaşma və mehriban qonşuluq dənizidir".
Məlumata görə, iyulun 25-də Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində iki gəmiyə PUA hücumu həyata keçirib. Hadisə nəticəsində bir nəfərin öldüyü, daha bir nəfərin yaralandığı bildirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl həmin gəmilərin Rusiya ilə İran arasında hərbi yüklər daşıdığını iddia etmişdi.
13:41 27.07.2026
Oxunuş sayı: 57